525.Az

Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı


 

Türkiyə Prezident Administrasiyasının futbol klubu yaradıldı <b style="color:red"></b>

Türkiyədə ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində "Cumhurbaşkanlığıspor" futbol klubu yaradılıb.

Bu barədə Trend Türkiyə Futbol Federasiyasına istinadən məlumat verir.

Məlumata əsasən, futbol klubu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə qurulub.

"Cumhurbaşkanlığıspor" mart ayının ortalarından başlayacaq "Ankara-2" həvəskar futbol liqasında mübarizəyə qoşulacaq.

 





06.02.2019    çap et  çap et