525.Az

Rayonlardakı zəlzələnin Bakının bütün ərazisində hiss olunmamasının səbəbi açıqlandı


 

Rayonlardakı zəlzələnin Bakının bütün ərazisində hiss olunmamasının səbəbi açıqlandı<b style="color:red"></b>

İsmayıllıda 6 bal gücündə baş verən zəlzələ orta güclü yeraltı təkandır.

Trend-in məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib.

Q.Yetirmişli zəlzələnin Bakının bütün ərazisində hiss edilməməsini onun mürəkkəb geoloji quruluşu ilə əlaqələndirib:

"Bakının geoloji quruluşu çox mürəkkəbdir. Eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir".

 





06.02.2019    çap et  çap et