525.Az

Paytaxtın mədəniyyət işçiləri Qara Qarayevin ev-muzeyində


 

Paytaxtın mədəniyyət işçiləri Qara Qarayevin ev-muzeyində <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabeliyindəki qurumların əməkdaşları dünya şöhrətli bəstəkar, Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində olublar.

Baş İdarədən bildirilib ki, qonaqlara ev-muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib və ilk əsərlərini, o cümlədən, "Yeddi gözəl" baletini burada yazıb.

Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin və tanınmış rusiyalı bəstəkar Dmitri Şostakoviçin tələbəsi olub. Milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açıb.

Sonra ziyarətçilər muzeyin ekspozisiyasında bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar.

ŞAHANƏ

 





07.02.2019    çap et  çap et