525.Az

Ədliyyə nazirinin müavini parlamentdə hesabat verəcək


 

Ədliyyə nazirinin müavini parlamentdə hesabat verəcək<b style="color:red"></b>

Milli Məclisin (MM) yaz sessiyasının fevralın 12-də keçiriləcək ikinci plenar iclasının gündəliyi məlum olub.
 
Plenar iclasın gündəliyinə ilkin olaraq 32 məsələ daxildir. Gündəliyə daxil edilən digər məsələlər "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Milli Məclisin komitələri haqqında", "Gənclər siyasəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Azərbaycan Respublikasının konsul Nizamnaməsi", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Valyuta tənzimi haqqında" qanunlarına, o cümlədən, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında", "Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında" qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.

İclasda həmçinin, bələdiyyələrlə bağlı illik məruzə dinləniləcək. Hesabat məruzəsi ilə ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək. Qeyd edək ki, hesabata görə, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Yəni ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər. Həmçinin qeyd olunub ki, doqquz bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan dördü baxılaraq təmin edilib, beş iş isə məhkəmələrin icraatındadır. Daha sonra qeyd edilib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik olunub.

Kamil HƏMZƏOĞLU

 





07.02.2019    çap et  çap et