525.Az

Ağdamda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır


 

Ağdamda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır<b style="color:red"></b>

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) Ağdamda 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinə başlayıb.

ASC-dən verilən məlumata görə, prezidentinin sərəncamının icrası olaraq 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podratçı təşkilatlarla müqavilələr imzalanıb.

Artıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda qazma işləri davam etdirilir.

Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.

C.ABASOV

 





07.02.2019    çap et  çap et