525.Az

Aİ Azərbaycana qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsində dəstək göstərir


 

Aİ Azərbaycana qanunvericiliyin, ərazi planlaşdırılması praktikasının işlənilməsində dəstək göstərir<b style="color:red"></b>

Avstriyalı və litvalı ekspertlər 11-13 fevral tarixlərində milli qanunvericilik, ərazi, məkan və şəhər planlaşdırılması standartlarının hazırlanmasına dəstək vermək üçün Azərbaycana səfər edəcəklər.

Trend-in məlumatına görə, ekspertlər bu sahədə tətbiq edilə biləcək Aİ qanunvericiliyin icmalını və standartları təqdim edəcəklər, azərbaycanlı həmkarlarına onların tətbiqi ilə bağlı kömək edəcəklər.

Seminar Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunacaq.

 





07.02.2019    çap et  çap et