525.Az

"Yaradanlar və yaşadanlar"da Əbülfət Əliyev anıldı


 

"Yaradanlar və yaşadanlar"da Əbülfət Əliyev anıldı <b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində reallaşan növbəti konsert görkəmli xanəndə, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub.

Muğam Mərkəzindən bildirilib ki, respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan konsertdə bir-birindən parlaq mahnılar səsləndirilib.

Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbəri olduğu "Səadət" instrumental ansamblının müşayiəti ilə gerçəkləşən konsert proqramının sonunda xanəndələr - Xalq artisti Təyyar Bayramov, Əməkdar artistlər İlkin Əhmədov və Ehtiram Hüseynov "Dolanaram başına" mahnısını birgə ifa edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbir və yaradıcılıq layihələri davam edir. "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən sözügedən layihə ölməz sənətkarların irsini gənc nəslə təbliğ etmək məqsədi daşıyır.

 





08.02.2019    çap et  çap et