525.Az

Səfir: "İranın idxal və ixracı dayanmayıb"


 

Səfir: "İranın idxal və ixracı dayanmayıb"<b style="color:red"></b>

İranın sanksiyalarla bağlı öz həll yolları var və ehtiyac duyduğu məhsulları həm ixrac, həm də idxal edir.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib: "Sanksiyalar təbii ki çətinliklər yaradır. Misal üçün xərçəng xəstəliyi ilə əlaqədar dərman preparatlarının İrana idxalına sanksiyalar var. Yaxud digər ehtiyac duyulan məhsullara sanksiyalar mövcuddur. Lakin İran bütün məhsulları, misal üçün əti əldə edir və öz vətəndaşlarının ehtiyaclarını qarşılayır. İranın idxal və ixracla bağlı yolları var və sanksiya tətbiq olunmaması üçün bu yolları açıqlamır”.

C.Cahangirzadə qeyd edib ki, sanksiyalar dövründə İran əməkdaşlıq etdiyi ölkələrlə öz əlaqələrini qoruyur.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edib və ardınca noyabr ayında İran əleyhinə sanksiyalar tətbiq edib.

 





08.02.2019    çap et  çap et