525.Az

"İran-Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədədir"


 

"İran-Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədədir"<b style="color:red"></b>

İran və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etməsinə ümid edirik.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

C.Cahangirzadənin sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir:

"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu göstərir".

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub.

 





08.02.2019    çap et  çap et