525.Az

Hillari Klinton: "Trampın bu qərarı Putinə hədiyyədir"


 

Hillari Klinton: "Trampın bu qərarı Putinə hədiyyədir" <b style="color:red"></b>

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın Orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.

Trend-in məlumatına görə, H.Klinton bu barədə Vaşinqtonda Corctaun Universitetində çıxış edərkən deyib.

O bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil:

"Tramp administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir, çünki ABŞ-ın bu addımı Moskvaya da Vaşinqtonun ardınca sazişdən çıxmaq qərarı verməyə imkan yaradıb".

H.Klinton əlavə edib ki, sazişlə bağlı Rusiya ilə fikir ayrılıqları regionda gözlənilməzlik amilini gücləndirəcək.

 





09.02.2019    çap et  çap et