525.Az

Jurnalistlər üçün növbəti təlim - Fotolar


 

Jurnalistlər üçün növbəti təlim - <b style="color:red">Fotolar</b>

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində Şabran rayonundakı Qalaaltı sanatoriyasında jurnalistlər üçün növbəti təlim kursları təşkil edib.

9-10 fevral tarixini əhatə edən təlimin birinci günündə "GİZ”in əməkdaşı Şakir Səfərbəyov açılış nitqi ilə çıxış edib, kursun məqsədi, gözlənilən nəticələr və metodologiya ilə bağlı fikirlərini bildirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda ətraflı məlumat verib.

Təlimçi gün ərzində əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki, etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə jurnalistləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Günün sonunda təlim iştirakçıları əlilliyi olan şəxslər, o cümlədən, əlilliyi olan uşaqlar mövzusunda kiçik esselər hazırlayıb və təqdim ediblər. Bununla da təlimin birinci günü başa çatıb.
 
Təlimin ikinci günündə vəkil S.Məmmədov əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müəssərlik və əlverişli mühit barədə media mənsublarına ətraflı məlumat verəcək. Eyni zamanda, təlimin mövzusuna aid sənədli film nümayiş olunacaq.













 





09.02.2019    çap et  çap et