525.Az

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu fevralın 14-ü Pekində keçiriləcək


 

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu fevralın 14-ü Pekində keçiriləcək<b style="color:red"></b>

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer gələn həftə Pekinə yollanacaqlar.

Trend-in Ağ Evə istinadən verdiyi məlumata görə, ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu 14-15 fevral tarixlərində Pekində keçiriləcək.

Bildirilir ki, fevralın 11-dən danışıqlara hazırlıq üzrə görüşlər keçiriləcək. ABŞ-ı görüşlərdə ölkənin ticarət danışıqlarında nümayəndəsinin müavini Ceffri Qerriş təmsil edəcək.

 





09.02.2019    çap et  çap et