525.Az

Ərəb koalisiyası Sənada PUA-ların saxlanıldığı anbarlara zərbələr endirdi


 

Ərəb koalisiyası Sənada PUA-ların saxlanıldığı anbarlara zərbələr endirdi <b style="color:red"></b>

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin Səna şəhərində pilotsuz uçuş aparatlarının və buraxıcı qurğuların saxlanıldığı anbarlara hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə "Al-Ekhbariya" telekanalı Ərəb koalisiyasının bəyanatına istinadla xəbər verir.

Bildirilir ki, koalisiya dinc sakinləri zərbələrin endiriləcəyi yerlərə yaxınlaşmamağı xahiş edib.

Koalisiya qeyd edir ki, onun zərbələri beynəlxalq humanitar hüquqa zidd deyil, dinc sakinlərin müdafiəsi üçün tədbirlər həyata keçirilib.

 





09.02.2019    çap et  çap et