525.Az

“Kardeş kalemler”in bu il üçün ilk sayı


 

“Kardeş kalemler”in bu il üçün ilk sayı <b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin nəşri olan “Kardeş kalemler” Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 145-ci sayı çapdan çıxıb.

2019-cu ilin ilk nömrəsi Türkiyədən Lüftü Şehsuvaroğlunun qəzəlləri ilə başlayır. Bu bölmədə həmçinin, İhsan Kurtun “Balkan Türklüyünün əsirlik mədəniyyət çinarı - İlhami Emin”, Ramazan Avcının “Dəyərlər və sənət təhsili yönündə Ali Akbaşın uşaq şeirləri”, Ali Oqtay Özbayrağın “Səmərqənd gündəlikləri” adlı məqalələri də yer alıb.

Jurnalın Azərbaycana aid bölməsində Nərgis Biray və Səma Eynelin Xalq şairi Bəxtiyar Vahabzadə haqqındakı geniş məqalələri dərc olunub. Məqalələri şairin şeirlərindən nümunələr izləyir. Şeirləri Türkiyə türkcəsinə Səriyyə-Bayram Gündoğdular çeviriblər.

Kosovonu dərgidə Jeton Kelmendi öz şeirləri ilə təmsil edir. Batı Trakyadan Rəhmi Əli yeni hekayəsi ilə jurnala qatılıb.

Jurnalın Qırğızıstan üçün ayrılmış bölməsində oxucular Vladimir Korkinin “Seçim: Robot və ya insan olmaq: Çingiz Aytmatov” məqaləsini Orxan Söyləməzin tərcüməsində oxuya biləcəklər.

Dərgi uzun müddətdir davam edən və nəhayət, ötən ay yekunlaşan Beynəlxalq Mhmud Kaşğarlı hekayə müsabiqəsinə yer ayırmağa davam edir. Bu sayda müsabiqə və onun mərhələləri haqqında geniş məlumat, eləcə də müsabiqəyə təqdim olunan və öz ölkələrində yer tutan bir neçə hekayə verilib. İran-Güney Azərbaycandan Əkbər Rızapur Maqsudlunun “Qızqayıt”, Xakasiyadan Ndejda Salamaçevanın “Qızılqas altında” (tərcümə: Əkrəm Arıkoğlu), Qırğızıstandan Topçugül Şeydullayevanın “Ağac”, Makedoniyadan Mehmet Arifin “Gözəl insanlar tablosu” həmin hekayələrdəndir.

“Xəbər” bölməsində TÜRKSOY-un növbəti toplantısından reportaj verilib. Qırğızıstanın Oş şəhəri 2019-cu il üçün Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib.

Şahanə MÜŞFİQ

 





10.02.2019    çap et  çap et