525.Az

Türk Şurasına üzv dövlətlər arasında təcrübə mübadiləsi


 

Türk Şurasına üzv dövlətlər arasında təcrübə mübadiləsi <b style="color:red"></b>

Dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ - Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub.
 
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycndakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidə-kompleksini ziyarət etdikdən sonra toplantı işinə başlayıb.

TDƏŞ Baş katibinin müavini Ömər Kocaman bugünkü görüşün türkdilli dövlətlərin diasporla iş sahəsində mövcud təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyətini vurğulayıb.

Daha sonra DİDK sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Komitə sədri uzun illərdir mövcud olan Türk dünyasının birliyi ideyasından danışıb, bugünkü tədbirin ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin sədr müavini Abdulhadi Turus, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozaral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı əlaqələr idarəsinin rəisi Meiram İmanbayev, Qırğızıstanın Rusiya Federasiyasındakı Səfirliyində Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Qaliyeva Jarkinay və başqaları çıxış ediblər. Toplantıda təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirilib, həyata keçiriləcək konkret tədbirlər müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

TDƏŞ Baş katibinin müavini Ömər Kocaman gələcək planlar barədə danışaraq, 2019-cu il üçün nəzərdə tutulan layihələri açıqlayıb.

Tədbir TDƏŞ nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci İclası ilə davam edib.

 





10.02.2019    çap et  çap et