525.Az

Almaniya sakini lotereyada 63,2 milyon avro uddu


 

Almaniya sakini lotereyada 63,2 milyon avro uddu <b style="color:red"></b>

Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.

Trend-in məlumatına görə, bu barədə lotereya şirkəti məlumat yayıb.

Qalibin kimliyi barədə ətraflı məlumat verilmir.

Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmini, həmçinin iki əlavə rəqəmi tapıb.

"Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

 





10.02.2019    çap et  çap et