525.Az

Uyğur xalq ozanı Əbdürəhim Heyitin ölüm xəbəri təkzib edildi - Video


 

Uyğur xalq ozanı Əbdürəhim Heyitin ölüm xəbəri təkzib edildi - <b style="color:red">Video </b>

2017-ci ildən Çində cəza çəkən uyğur xalq ozanı Əbdürəhim Heyitin öldürülməsi ilə bağlı məlumatlar təkzib edilib.

525.az-ın türk KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Çinin rəsmi xəbər agentliyi video yayımlayıb.

Görüntülərdə uyğur sənətçinin yorğun oluğu nəzərə çarpsa da o iddia edir ki, hər hansı işgəncəyə məruz qalmayıb:

"Bu gün, 10 fevral, 2019-cu ildə beynəlxalq qanunları pozma iddiasıyla istintaqdayam. Səhhətim qaydadsındadır. Hər hansı pis rəftara məruz qalmamışam"

Xatırladaq ki, bundan əvvəl türk sənətçisi Bünyamin Aksunqur sosial şəbəkədə Ə.Heyitin dustaq olduğu Çin həbsxanasında öldüyü barədə məlumat yaymışdı.


Abdurehim Heyit yaşıyor!
 





10.02.2019    çap et  çap et