525.Az

Lənkəran gəncləri gender əsaslı zorakılıqla bağlı maarifləndirildilər


 

Lənkəran gəncləri gender əsaslı zorakılıqla bağlı maarifləndirildilər<b style="color:red"></b>

"Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə" maarifləndirmə kompaniyası adlı layihənin növbəti təlimi baş tutub.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə" maarifləndirmə kompaniyası adlı layihənin növbəti təlimi Lənkəran Şəhər Gənclər və İdman İdarəsində baş tutub.

Tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Fətəliyev Elbəy  layihənin cənub bölgəsi və ümumilikdə ölkə üçün hər zaman aktual olduğunu bildirib.

Layihə rəhbəri Gülnar Paşalı iştirakçılara layihənin əsas məqsədi barədə geniş məlumat verib. G. Paşalı bildirib ki, Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək, gender bərabərliyini inkişaf etdirmək və məişət zorakılığı hallarının aradan qaldırılması istiqamətində hər zaman zəruri addımların atılması, maarifləndirici tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Daha sonra hüquq üzrə ekspert, təlimçi Rəşad Nəbiyev mövzu ətrafında təlim proqramı ilə çıxış etmişdir. Tədbir iştirakçıları da həmçinin mövzu barədə fikirlər səsləndirib, iştirakçıları maraqlandıran suallara layihə rəhbəri və ekspert tərəfindən ətraflı cavablandırıblar.

 





11.02.2019    çap et  çap et