525.Az

Siseron - natiqliyin sinonimi


 

Siseron - <b style="color:red">natiqliyin sinonimi</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Bu sözə aristokratlar gülüşdülər. Siseronun gələcək düşməni Katilina ona işarə edərək, barmaqlarını boğazının yarımdairəsinə çəkdi. Siseron qərənfil kimi qızarsa da, özünə nəzarətini saxladı. Hətta azacıq gülümsədi də. Serci Katilina dedi: 

- Mən ilk dəfə bu evə girəndə Klavdi Pulxer və Mark Perperna konsul idilər.

Aydın idi ki, Hortensi və onun dostları sessiyanın qalan hissəsində danışmaq istəyəcəklər ki, Siseronun təklifinin səsə qoyulmasının qarşısını alsınlar. Siseron ayağa durdu ki, qayda barədə öz təklifini versin, lakin konsul Celli ona söz vermədi və tribuna hələ də Katula məxsus idi. O, dişi canavarın Romulu əmizdirdiyi vaxtdan virtual olaraq əyalət hökumətinin tarixindən danışdı. Onun atası da həmçinin, konsul olmuşdu, ağac kömürünün tüstüsündən qeyri-adi bir qaydada, otaqda çabalamaqla ölmüşdü. O, hansısa bir yekuna gəlib çıxdıqda, tribuna indi də Kvint Metellin ixtiyarına verildi. Siseron yenidən ayağa qalxıb söz istəsə də, çoxluğun iradəsi ilə məğlub edildi. Metell pretor rütbəsində idi, əgər o, yol verməsə, Siseronun çıxış etməyə hüququ da yox idi və ona görə də belə bir imkanı heç vermədi də. Siseron toqasını çıxarıb atmaqla, müəyyən bir təhlükədə idi və nəhayət, təslim olub, yerinə oturdu.

Lampa ilə işıqlandırılmağa icazə verilmədiyindən, noyabr ayının qaranlığında Senat kabusların parlamentinə bənzəyirdi. Metelldən sonra Hortensiyə söz veriləndə hamı bilirdi ki, o, saatlarla danışa bilər. Artıq hər kəsə aydın idi ki, müzakirə qurtarmışdır və Celli tezliklə binanı boşaltdıracaqdır.

Hamı Senat binasını tərk edəndə təkcə Siseron arxa skamyalardan birində oturmuşdu. Sonra o, sifətini itirməmək xatirinə Hortensi və başqa bir qoca senatorla söhbət etməyə başladı. Bu qoca adam Verresin atası idi. O vəd etdi ki, öz oğluna məktub yazacaq və əgər biz məsələnin yenidən Senata gətirilməməsi ilə razılaşsaq, onu məcbur edəcəkdir ki, ittihamını dayandırsın. Yazıq Steni bunu eşitdikdə, bir qədər yüngülləşdi. O, minnətdarlıq hissindən ölə bilərdi. Siseron ona dedi ki, “Əslində, mən bir şeyə nail olana qədər hələ öz minnətdarlığını saxla. O, yalnız məktub yazmağı vəd etdi, budur, onun dediyi hər şey. Bu, heç də qarantiya deyildir”. Steni isə ona dedi ki, yaxşı, sən təklifi qəbul edəcəksənmi? Siseron yavaş-yavaş başını silkələdi. Bircə o variantı seçəcəkdir ki, Verres kimi cinayətkarla ittifaqa girməsin. Verresdən isə o, nəhəng məbləğdə pul ala bilərdi. Onu da bilirdi ki, Verresin müdafiəsinə təkcə Hortensi qatılmayacaqdır. Deyirdi ki, onlar hamısı bir yerdədir. Metell qardaşları və əsl aristokratların hamısı. Əgər pul əldə etmək olmasa, onlar özlərindən başqa kiməsə kömək göstərmək üçün barmaqlarını da tərpətməzlər.

Katul qızıla həris bir adamdır. O, Kapitoli təpəsində on ildir ki, çox iri bir bina tikdirir, bu bina Yupiterin məbədindən iri olmaqla, özünə həsr olunmuş bir kilsə olacaqdır.

Siseronun qulu Tiron Milli Arxivə gedib, orada senator Siseronun adından Verresin hesablarının göstərilməsini xahiş etdi. Arxivin işçisi əvvəlcə dedi ki, o, Siseron barədə heç vaxt eşitməmişdir, sonra əlavə etdi ki, bina artıq bağlıdır. Siseron öz quluna əsəbiliyini gizlətməyi öyrətmişdi. Arxiv Katulun mülkiyyəti idi, ona və onun klanına həsr olunmuş məbəd idi. Binanın üstündə də onu Katulun tikdirdiyi yazılmışdı və portalın yanında onun fiziki ölçüsündə olan heykəli qoyulmuşdu. Ancaq heykəldə o, Senatdakı canlı Katuldan bir qədər cavan və qəhrəman görkəmində təsvir edilmişdi.

Mari və Sulla arasındakı Vətəndaş müharibəsində aristokratlar qələbə çaldıqdan sonra öz düşmənlərindən qisas almağa başladılar. Katulun gənc protejesi Serci  Katilina onun düşməni olan populist pretor Qratidianı tutub, onu Katulun ailə sərdabəsinə qədər küçə boyu qamçılaya-qamçılaya aparmışdı. Pretorun qolları və ayaqları sındırılmış, qulaqları və burnu kəsilmiş, dili ağzından dartılıb çıxarılmışdı. Onun gözləri də eyni qaydada məhv edilmişdi. Katilina onun başını Forumda gözləyən Katulun triumfuna öz əlində aparmışdı. Ona görə də Katulu Siseron kimi hansısa bir əyalət atlısı ilə müqayisə etmək olmazdı.

Nəhayət, bir papirusda Verresin məlumatları tapıldı. Orada Sulla ilə Mari arasındakı müharibə vaxtı yazılmış üç cümlə var idi: “Mən 2.235.417 sestertsi aldım. Maaşa, taxıla, leqatlara, prokvestora, pretorian kohartasına 1.635.417 sestertsi pul xərclədim. 600.000 sestertsini mən Arimində qoydum”.

Bu pullar xəzinəyə təhvil verilməmişdi. Axı o, demək olar ki, iki il müddətinə Siciliyada qubernator olmuşdu.

Öz qulu Tiron Siseronun evində ona Verresin kvestor hesabının surətini göstərdi. Senator qardaşı Kvintə dedi:

- Bunlara bax, Kvint. Bu əclaf o qədər tənbəldir ki, həmin yalanı adekvat qaydada da söyləməmişdir. Altı yüz min - budur, yuvarlaq məbləğ və o, bu pulu hara qoymuşdur? Müxalif ordunun işğal etdiyi şəhərdə onu qoymuşdur ki, ona görə məzəmmət olmaqdan kənarlaşsın. Həm də iki il ərzində Siciliyadan heç bir hesabat verilməmişdi.

Dörd yaş özündən kiçik olan qardaşı Siserona dedi: “Əgər sən Verresin davranışını Senatda qaldırsan, onlar çıxışları ilə bunu yaxın buraxmayacaqlar. Əgər sən onu məhkəməyə verməyə cəhd etsən, onlar ona bəraət verilməsinə nail olacaqlar. Ona görə də mənim məsləhətim belədir ki, burnunu bu məsələyə soxma”.

Senator əmisi oğlu Lutsinin də rəyini öyrənmək istəyəndə, o dedi:

- Mən deyirəm ki, Roma Senatındakı hər bir namuslu adam bu cür korrupsiyanın yoxlanılmamış qalmasına dözməyəcəkdir. İndi sən faktları bilirsənsə, vəzifən onları açıqlamaqdır.

Arvadı Terentsiya isə istehza şəklində Lutsiyə dedi:

- Əhsən. Sən ömründə heç bir vəzifə tutmamış əsl filosof kimi danışırsan.  

Siseron tribunlara müraciət etməli olur 

Nəzəri cəhətdən Steni Sirakuzada (Siciliyanın o vaxtkı paytaxtında) şikayət edə bilərdi, özü də yalnız qubernatorun özünə. Tilsimli çevrə yaranırdı, burada Verresin özü qubernator idi. Beləliklə, bədbəxt Steniyə bu yol bağlanmışdı. Romada açıq şəkildə yaşamağa davam etmək də Steni üçün əlverişli çıxış yolu deyildi, - ağır cinayətdə ittiham olunan istənilən adam şəhərdən avtomatik qaydada qaçmağa məcbur idi, çünki ona burada qalmaq olmazdı.

Siseronun bir dostu dedi ki, Steni üçün yeganə çıxış yolu özünü intihar etməkdir. Əlbəttə, real şəkildə yox. Siseron isə buna real olaraq əl atılmalı olduğunu düşünürdü. Dostuna razılığını bildirib, Stenini gizlətmək üçün bir yer axtarmağa başladı. Doğrudan da, o, şəhərdə artıq açıq şəkildə qala bilməzdi. Verres heyvan idi, özü də hiyləgər heyvan idi. Siseron, nəhayət, qərara gəldi ki, tribunların yanına getmək lazım gələcəkdir.

Ənənəvi olaraq, tribunlar ümumi xalq səsverməsi vasitəsilə Senatın hakimiyyətini yoxlayır və onu tarazlaşdırırdılar. On il əvvəl Sulla Mari qüvvələrini məğlub edəndə aristokratlar tribunları öz hakimiyyətlərindən uzaqlaşdırdılar. Onlar artıq xalqın mitinqini toplaya bilməzdilər və ya qanunvericilik təklifi edə bilməzdilər. Onlar hətta ağır cinayətlərə və xətalara görə Verres kimi adamlara impiçment də elan edə bilməzdilər. B.e.ə. V əsrin əvvəlindən xalqın tələbi ilə yaranan bu vacib institut, plebeylərdən seçilməklə, magistratların və Senatın qərarları üzərində qadağa qoya bilərdi, lakin artıq hüquq müstəvisində malik olduğu bu böyük gücü itirmişdi. Son alçaldılma isə ondan ibarət idi ki, tribuna çevrilən istənilən senator avtomatik olaraq digər böyük vəzifəsindən azad olunurdu, özü də bu vəzifə istər pretorluq, istərsə də lap konsulluq olsun. Başqa sözlə, tribun gəmisi siyasi cəhətdən ölümlə nəticələnən qəzaya məhkum olan kimi layihələnməli idi. Kübarlıq ambitsiyasına görə heç bir senator bu vəzifəyə yaxın gəlməyəcəkdi. Tribun institutu Sulla diktaturasından sonra ağır cəzaya düçar olmuşdu və bu, onun sona çatmasından xəbər verirdi.

Lakin onlar magistratların ədalətsiz qərarlarına qarşı isə özəl şəxslərə öz himayələrini təklif etmək hüququna malik idilər. Dostu yarızarafat, yarıciddi şəkildə Siserona dedi ki, sən öz arvadını idarə edə bilmirsənsə, Romanı heç vaxt fəth edə bilməzsən. Siseron ona cavab verdi ki, Romanı fəth etmək uşaq oyunu olacaqdır, o vaxt məhz arvadımı idarə etməklə bu müqayisə oluna bilər. Sonra əlavə etdi ki, bir aforizmi o, heç vaxt yaddan çıxarmamışdır: “Əgər sən siyasətdə ilişib qalmaq istəyirsənsə, bunu etmək, elə bil ki, vuruşmağa başlamaqdır - vuruşa başla, əgər hətta sən onu udmağın necə baş verəcəyini bilmirsənsə də, çünki bu, yalnız vuruş gedəndə bilinir və təklifdəki hər bir şeyə sən ancaq ondan keçməklə ümid edə bilərsən”.

Siseron sənədləri topladı ki, onları tribunlara təqdim etsin. Artıq onun adamları vuruş mərhələsinə girmişdilər.

Tribunların qərargahı Senatdan sonrakı binada idi. Burada on tribun işləyirdi, onlar hər il xalq tərəfindən seçilirdilər. Onlardan biri məşhur Mark Portsi Katonun (böyük Katon b.e.ə. 234-149-cu illərdə yaşamış tanınmış siyasi xadim olmaqla, 23 il ərzində Senatdakı öz çıxışlarını “Karfagen dağıdılmalıdır” sözləri ilə bitirmiş, Karfagenin tarixdən silinməsindən üç il əvvəl həyatla vidalaşmışdı) nəticəsi idi. Kiçik Katon bazilika tikdirib, ona öz adını vermişdi. Gənc Katonun 23 yaşı var idi, o, həm də Siseronun həyatı gedişində, həm də respublikanın ölməyə üz qoyduğu dövrdə mühüm şəxsiyyətə çevrilməli idi. Lakin həmin vaxt bunu təsəvvür etmək olmazdı. Siseron bilirdi ki, adətən, adamlara səfeh olan dövlət xadimləri xoş gəlir. Lakin tezliklə o, bu fikirdən daşındı.

Tribun Palikan ayrılanda, Siserona səhərisi gün onunla və müştərisi ilə bazilikada görüşməyə söz verdi.

Siseronun heç bir seçimi yox idi. O, öz müştərisini ata bilməzdi. Həm də o, öz siyasi riskini də ölçürdü. Bu isə ona Servi kimi mülayimlərin dəstəyini itirməyə başa gələcəkdi.

Nəhayət, məhkəmə dinləmələri başlandı. Siseron məhkəmədəki çıxışında dedi:

- Cənablar, burada bir köhnə deyim vardır: “balıq başından iylənir” və bu gün Romada da nəsə iylənir, kim buna şübhə edə bilər? Mən sizə deyirəm ki, bu, başdan başlayır. Bu, yuxarıdan başlayır. Bu, Senatdan start götürür. Burada bir üfunət verən şey vardır. İylənmiş balıq başı. O aforizmi söyləyən tacirlər sənə deyəcəklər ki, onu kəs at, - onu kəs at və tulla. Lakin başı kəsmək üçün sadəcə bıçağa ehtiyac vardır, biz bilməliyik ki, onlar nəyə bənzəyir. Bu, bir başdır ki, korrupsiya zəhəri ilə şişmişdir, məğrurluqdan və özündən razılıqdan böyüyür. Və bu bıçağı işlətmək üçün güclü əl lazımdır və bununla yanaşı, həm də möhkəm əsəb tələb olunur. Çünki onlar - bu aristokratlar bürünc boyunlara malikdirlər. Mən sizə deyirəm, onların hamısı bürünc boyunlulardır.

Adamlar Siseronun sözlərinə bir neçə dəfə gülüşdülər. O, davam etdi:

- Lakin həmin adam gələcəkdir. O, uzaqda deyildir. Onun hakimiyyəti bərpa olunacaqdır, mübarizə nə qədər çətin olsa da, mən sizə vəd edirəm.

Bir neçə adam Pompeyin adını ucadan çəkdi. Siseron əlini qaldırıb, Molonun öyrətdiyi kimi, üç barmağını uzatdı:

- Siz bu mübarizənin sınağının kimin üzərinə düşdüyünü bilirsiniz? Dostlar, cəsarət göstərin. Bu gün start verin. Tiraniyaya zərbə vurun. Mənim müştərimi azad edin. Sonra isə Romanı azad edin.

Hökm sıfıra qarşı on səs üstünlüyü ilə keçdi və Steni Romada qalacağı müddətdə təhlükəsiz olmalı idi.

(Ardı var)

 





11.02.2019    çap et  çap et