525.Az

Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi


 

Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi <b style="color:red"></b>

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.

 





11.02.2019    çap et  çap et