525.Az

Bakıda əməliiyat: keçmiş məhkumda odlu silah və sursat aşkarlandı


 

Bakıda əməliiyat: keçmiş məhkumda odlu silah və sursat aşkarlandı<b style="color:red"></b>

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





11.02.2019    çap et  çap et