525.Az

Millimizin baş məşqçisi bəlli oldu


 

Millimizin baş məşqçisi bəlli oldu <b style="color:red"></b>

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

525.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb.

O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.

 





11.02.2019    çap et  çap et