525.Az

Heydər Əliyev irsinin tədqiqinə layiqli töhfə


 

Heydər Əliyev irsinin tədqiqinə layiqli töhfə<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyev irsinə şəxsiyyət və zaman kontekstində diqqət yetirdikdə, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin inkişafının bir qərinəlik dövrünün məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu aydın görünür.

Akademik İsa Həbibbəyli "Ədəbiyyatın yüksək amalı və böyük borcu" məqaləsində ("Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala". İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redəktəsi ilə. Bakı - "Elm və təhsil" - 2018, 400 səh.) ədəbiyyat və şəxsiyyət problemindən bəhs edərkən demişdir: "...görkəmli şəxsiyyətlər cəmiyyətin və xalqın təkamül proseslərində böyük ədəbiyyatın rolunu və təsirini dərindən qiymətləndirdikləri üçün, yaşadıqları dövrün ədəbi prosesini ölkənin qarşısında duran böyük ideallara doğru istiqamətləndir-mişlər. Bu halda şəxsiyyət xalqı oyatmaq, dirçəltmək, səfərbər etmək məqsədilə ümumiyyətlə ədəbiyyat faktorundan, ya da yazıçı amilindən düşünülmüş şəkildə istifadə etmişdir. Hər iki halda ədəbiyyat və şəxsiyyət münasibətlərindən yazıçılar da, ədəbiyyat da, hətta ZAMAN da qazanmışdır".

Qoyulan məsələlərə bu mövqedən yanaşıldıqda Ayətxan ( Ziyad) İsgəndərovun "Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı" adlı əsərində bir-birini tamamlayan 3 cəhətin diqqətə gətirildiyi müşa-hidə olunur.

İlk olaraq, şəxsiyyətin ədəbiyyata diqqət və qayğısı porblemi. Bu gerçəklik - Heydər Əliyevin sənət, elm və təhsil (və qeyri) sahələrin mütəxəs-sislərinə göstərdiyi diqqət və qayğı kitaba daxil edilmiş bütün məqalələrdə aydın şərhini tapmış-dır;

İkinci, ədəbiyyatın öz borcunu şəxsiyyətə qaytarması, başqa sözlə, şəxsiyyətin sənətkar qələmi ilə əbədiləşdirilməsi problemi. A.İsgəndərov qələmə almış olduğu bəlli əsərləri ilə Heydər Əliyev şəxsiyyətinə bir vətən övladı və söz, sənət sahibi olaraq borcunu qaytarmış, öz gücü müqabilində şəxsiyyəti - Heydər Əliyevi əbədilik ucalığında qərarlaşdırmağa səy göstərmişdir;

Üçüncü və son olaraq, şəxsiyyətin ucalığının zamana örnək olması problemi. Ulu öndər Heydər Əliyev nəticə etibarı ilə öz ölkəsini dünyada tanıtmış, Azərbaycanımızı zamana nümunə etmişdir.

Heydər Əliyevin "Ulu öndər", "Ümummilli lider", "Heydər - xalq, xalq - Heydər" zirvələrinə yüksəlməsinin, xalqının ən sevimli rəhbərinə çevrilməsinin, "böyük dövlət xadimi". "böyük siyasi lider" ucalığını fəth etməsinin" sirri nədədir?

Monoqrafiyada bu və buna bənzər məntiqli sualların cavabını kitaba daxil edilmiş məqalələrin adından da görmək mümkündür: "Heydər Əliyev - azad düşüncənin və milli təfəkkürün təəssübkeşi", "Xalqının, dövlətinin qürur ünvanı olan BÖYÜK AZƏRBAYCANLI", "Azərbaycan - Heydər Əliyev əmanəti", "Heydər Əliyev - ölkəsinin dövlətçilik "düsturunu" yazan siyasi xadim, dövlət başçısı", "Təhsil və elm Azərbayca-nın dövlət quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir","Tərcümeyi-hal insana şan-şöhrət gətirmir, insan tərcümeyi-halını şərəf-lədirir, şöhrətləndirir", "Heydər Əliyev öz əməlləri ilə ölümsüzlüyünü qazanıb", "Varis". 

"Əgər bu gün bütövlükdə bəşəriyyəti idarə etmək üçün bir prezident tələb olunardısa, o şəxsiyyət məhz Heydər Əliyev ola bilərdi..." A.İsgəndərovun hələ 1995-ci ildə dilə gətirdiyi bu kəlmələri "Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı" adlı monoqrafiyasına epiqraf seçməsi təbii təsir bağışlayır. Hər haldan öncə o səbəbdən ki, kitabın ilk sətirlərindən sonuncu cümləsinə qədər bu kəlmələr bütövlükdə leytmotiv olaraq səslənir. AMEA Tarix İnstitu-tunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ədalət Qasımovun yazdığı kimi, əsər "Ümummilli liderimizin bədii obrazının canlandırıldığı yaradıcılıq nümunəsidir. Kitabda dahi rəhbərimiz həm bədii təfəkkür obrazında təqdim edilmiş, həm də müəllifin onun haqqında düşüncələri öz əksini tapmışdır".

Fikrimizin təsdiqi kitab üçün yazılan rəylərdə də aydın görünür.

AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Nizami Cəfərov kitaba rəyində haqlı olaraq qeyd edir ki, "...xalqımızın böyük oğlu, Azərbaycan adında kiçik bir dövləti cahanşümul zirvəsinə çatdırmış, dünyanın region dövlətlərini bu dövlətlə hesablaşmağa sövq etmiş bir insan - 32 illik dövləti idarəetmə təcrübəsinə malik siyasət və dövlət xadimi, böyük hərflərlə yazılı VƏTƏNDAŞ anlamını özündə ehtiva edən Vətən oğlu haqqında monumental bir əsərdir. Hansı ki, qədim tarixə malik Azərbaycanımızda dövlətçilik ənənəsinin formalaşması, 200 illik monarxiya və 70 illik kommunist rejimi buxovlarında öz müstəqil-liyinə həsrət bir xalqın (dövlətin) suverenlik arzularına qovuşması Onun adı ilə bağlıdır".

AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev isə A.İsgəndərovun yaradıcılıq üslubuna diqqət yetirmişdir: "Ulu öndər haqqında cild-cild kitablar ya-zılıb, bundan sonra da yazılacaqdır. Ancaq A.İsgəndərov Ulu öndər haqqında hətta hamıya bəlli faktları, hadisələri tədqiqatçı olaraq özünə məxsus tərzdə və pub-lisistik dillə, poetik axarda çox gözəl nizamlayıb. Qələmə aldığı hər kəlmə-də ümummilli liderin ideyalarına ürəkdən və bənzərsiz bağlılığı görünür. Monoqrafiyanı qeyri əsərlərdən fərqləndirən məhz bu məziyyətidir".

Dahi Azərbaycan oğlu haqqında mükəmməl göstəricilərlə dolu həqiqətlərin məhz A.İsgəndərova xas tərzdə qələmə alınması, mövzunun dil-üslub özəlliyi, məqamında edilən publisistik ricətlər əsərin yaradıcılıq siqlətini qat-qat artırır.

V.Əliyev müəllifin Heydər Əliyev mövzusuna müraciətini belə açıqlayır: "Mən Ayətxan Ziyadı (İsgəndərovu) XX əsrin 80-ci illə-rindən, Azərbaycan Dövlət Radiosunda işlədiyi vaxtdan tanıyıram. "Naxçıvan" qəzetində çalışdığı dövrdə münasibətlərimiz bir az da yaxınlaşdı. 2007-ci ildən isə A.İsgəndərov da ADPU-da işləyir. Bütün bu illər ərzində mənim tanıdığım A.İsgəndərov təcrübəli yazıçı-jurnalist, tədqiqatçı, Azər-baycan dövlətçiliyinə xidmət edən, öz xalqına, dövlətinə sədaqətli bir insan, sözün müstəqim mənasında "vətəndaş" nümunəsi olan vətən övladıdır".

Monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, redaktoru Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, rəyçilər AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev və AMEA-nın "Əliyevşünaslıq" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ədalət Qasımovdur.

Heydər Əliyev mövzusu A.İsgəndərov üçün təzəlikcə açılan mövzu deyil. Müəllifin özünün də qeyd etdiyi kimi, A.İsgəndərov Heydər Əliyevin vətən övladlarının taleyində rol oy-nadığı ikinci nəslin (Heydər Əliyev 1969-cu ildə Azərbaycana siyasi haki-miyyətə gələndə orta təhsilini başa çatdıranların, başqa sözlə, bütünlüklə Heydər Əliyev ideologi-yası ilə silahlanmışlar nəslinin) nü-mayəndələrindəndir. Müəllifin tərcümeyi-halı deyilənlərin təs-diqidir. Belə ki, A.İsgəndərov 1969-cu ildə orta məktəbi bitirmiş, elə həmin il də (və deməli, Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin edildiyi il) ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə daxil olmuş, radio-televiziya jurnalisti ixtisasına yiyələn-mişdir.

"Heydər Əliyev ideyaları A.İsgəndə-rovun yazıçı-jurnalist, tədqiqatçı olaraq yaradıcılığında ana xətdir" - desək, yanlışlıq etmərik. Qələmə sarıldığı 50 illik zaman civarında Ulu öndərin ideologiyasını təbliğ və tərənnüm edən minlərlə radio-televiziya verilişi, qəzet və jurnal məqaləsi, elmi məqalə və konfrans materialları, "Məndən sonra..." əsərinin "Dahi" bölümü (Bakı-2010), "Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... - dövlətinin hamisi" dərs vəsaiti (2018-ci ildə Bakıda və xaricdə (LAP LAMBERT Academic Publishing (2018-11-08)-İSBN-13:978-613-9-88091-1) nəşr edilmişdir), sayı 10-u adlayan elmi məqaləsi, eləcə də "Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı" monoqrafiyası fikrimizin təsdiqinin göstəricisidir. Bu əsərlərdə Ulu öndər böyük azərbaycanlı, fenomen siyasi xadim, Azərbaycanımızı dünyaya görk edəcək taktika və strategiyanın müəllifi olan dahi insan - dövlət başçısı, Azərbaycan təhsilinin, elminin, ədəbiyyat və mədəniyyət xadimlərinin himayədarı kimi təqdim edilir ki, qarşıya qoyulan məqsədin bu prizmalardan açıqlanması oxucuya Heydər Əliyev şəxsiyyətini müxtəlif rakurslardan öyrənmək imkanı yaradır.

A.İsgəndərovun yaradıcılığında "Heydər Əliyev və dissident ədəbiyyatı" mövzusu xüsusi önəm daşıyır ("Heydər Əliyev - azad düşüncənin və milli təfəkkürün təəssübkeşi" məqaləsi nəzərdə tutu-lur). Bu mövzu Azərbaycan ədəbiyyatında və jurnalistikasında ilk dəfə 2008-ci ildə A.İsgəndərov tərəfindən işlənmişdir. XX əsrdə 37-ci illərin "vətən xaini" və 60-80-ci illərin dissident damğasını ürək ağrısı ilə diqqətə gətirən müəllif Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə xalqının qeyrətli oğullarını dünyanı kabus kimi dolaşan "dissident damğası"ndan hansı təəssübkeşliklə qoruduğu məsələsini önə çəkmiş, "dissident yazıçı, sənət adamı" sorağı ilə Azərbaycanın "qapısını döyən" hər kəsi necə siyasi uzaqgörənliklə yola saldığını təkrar-təkrar dilə gətirmişdir. "Azərbaycanda doğru-danmı dissident sənət adamı, qələm sahibi yox idi? Var idisə, bəs nə üçün cəzalanan olmayıb?" Azərbaycanda dissident axtarışına çıxanların bu kimi suallarını ümummilli liderin özü belə cavablandırmışdır: "Biz sadəcə olaraq onları axtarmırdıq". Elələrinin "sadəcə axtarılmaması-nın" nəticəsidir ki, XX əsrin 60-90-cı illər ədəbiyyatımız özünün epogey dövrünü yaşayıb, Azərbaycanın ədəbiyyat tarixində silinməz izlərini qoya bilib.

A.İsgəndərov redaktoru olduğu "Heydər Əliyev və ədəbiyyat məsələləri" (müəllif professor Tərlan Novruzovdur) kitabına "Ön söz"də oxucuya müraciətlə yazmışdır: "...ən ümdəsi... Siz Heydər Əliyev kimi cahanşümul bir siyasətçinin, dövlət başçısının ədəbiyyat məsələləri və ədəbiyyatçılar (nasir, şair, dramaturq) haqqında düşüncələri, nasir və şairlərin yaxın dostu, qəm-xarı, hər hansı müşkülə düşəndə havadarı, xilaskarı, müdafəçisi olmağı, onları layiqincə dəyərlən-dirməyi bacaran insanla - Heydər Əliyevlə tanış olmaq imkanı əldə edirsiniz. Həm də yalnız fenomenal siyasətçi, dövlət başçısı Heydər Əliyevlə deyil, ədəbiyyatşünas, tədqiqatçı, tənqidçi, publisist Heydər Əliyevlə... tanış olmaq üçün fürsət qazanırsınız".

Bu qeydləri eynilə "Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı" kitabı haqqında da demək olar. Əsərdə ümummilli liderin ədəbiyyat, mədəniyyət, elm və təhsil işçilərinin himayədarı, bütövlükdə  görkəmli dövlət başçısı, ictimai-siyasi xadim kimi təqdim edilməsi, mövzuların özəl işlənmə xüsusiyyət-ləri belə deməyə bizə haqq verir.

"Heydər Əliyev xoşbəxt atadır" söyləyən müəllif qənaətlərini Ulu öndərin "Azərbaycana Onun ümidlərini doğruldan, Azərbaycan Respublikasının daxili və xarici siyasətini uğurla idarə edən, Azərbay-canımızın dünyanın hegemon dövlətləri ilə bir sırada qürurla dayanmasını qərarlaşdıran İlham Əliyev kimi bir varis, dövlət başçısı" qoyub getdiyini, İlham Əliyevin xoşbəxt oğul olduğunu qənaə-tini isə onun müdrik, dünya şöhrətli, fövqəl idarəetmə qabiliyyətinə, dünyaya görk olan siyasi səriştə və iradəyə malik Heydər Əliyev kimi bir atanın ocağında dünyaya gəldiyi və ona göstərilən etimadı illərdir şərəf, ləyaqət və inamla doğrultduğu fikri ilə əsaslandırır.

İnanırıq ki, A.Ziyad-İsgəndərovun "Heydər Əliyev -  xalqının, dövlətinin qürur ünvanı" monoq-rafiyası Ümummilli lider Heydər Əliyev irsinin tədqiqinə layiqli töhfə kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edəcək.

Nizami XUDİYEV
Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi 

 





12.02.2019    çap et  çap et