525.Az

Masallı gəncləri gender əsaslı zorakılıqla bağlı maarifləndirildilər


 

Masallı gəncləri gender əsaslı zorakılıqla bağlı maarifləndirildilər<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə" maarifləndirmə kompaniyası adlı layihənin növbəti təlimi Masallı Rayon Gənclər Mərkəzində baş tutub.

Layihə rəhbəri Gülnar Paşalı iştirakçılara layihənin əsas məqsədi barədə geniş məlumat verib.

O bildirib ki, Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək, gender bərabərliyini inkişaf etdirmək və məişət zorakılığı hallarının aradan qaldırılması istiqamətində hər zaman zəruri addımların atılması, maarifləndirici tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Bu mövzu haqda məlumatların gənclərimizə çatdırılmasının daha vacib olduğunu bildirən layihə rəhbəri tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra hüquq üzrə ekspert, təlimçi Rəşad Nəbiyev mövzu ətrafında geniş təlim proqramı ilə çıxış edib.

İştirakçılarla diskussiya şəraitində keçirilən görüşdə böyük aktivlik müşahidə olunub.

 





12.02.2019    çap et  çap et