525.Az

Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir


 

Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir<b style="color:red"></b>

Rusiya prezidentinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Rusiya XİN-dən məlumat veriblər.

İ.Bratçikov Bakıda keçiriləcək Xəzərin hüquqi statusu barədə Konvensiyanın reallaşdırılması üzrə yüksək səviyyəli İşçi Qrupunun birinci iclasında iştirak edəcək.

Qeyd edək ki, İşçi Qrupunun birinci iclası fevralın 19-20-də keçiriləcək.

 





12.02.2019    çap et  çap et