525.Az

“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərmanda dəyişiklik


 

“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərmanda dəyişiklik<b style="color:red"></b>

Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“2. Müəyyən edilsin ki:

2.1. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;

2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir”.

 





12.02.2019    çap et  çap et