525.Az

Səfir: "İran regionda qüdrətli dövlətə çevrilib"


 

Səfir: "İran regionda qüdrətli dövlətə çevrilib"<b style="color:red"></b>

Daha öncə İran İslam İnqilabının uğursuzluğunu proqnozlaşdıran qüvvələr bu gün İranın regionda və Yaxın Şərqdə mühüm dövlət olduğunu bildirir.

Trend-in məlumatına görə, bunu İran İslam İnqilabının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı ölkənin Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib: "Düz 40 il bundan əvvəl İran xalqı başda imam Homeyni olmaqla inqilab edib. İnqilabdan sonra İran regionda qüdrətli dövlətə çevrilib".

C.Cahangirzadə həmçinin əlavə edib ki, Azərbaycanın gündən-günə daha da güclü olmasını arzulayır.

 





12.02.2019    çap et  çap et