525.Az

“EcoArt” layihəsinin icrasına başlanıldı - Foto


 

“EcoArt” layihəsinin icrasına başlanıldı - <b style="color:red">Foto </b>

“İrəli” İctimai Birliyinin təşkilati, Gənclər Fondunun maliyyə dəstəyi ilə XI qrant müsabiqəsinin qalibi Aytac Məmmədovanın “EcoArt” adlı fərdi layihəsinin icrasına başlanılıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi dünyada və Azərbaycanda aktual ekoloji problemlərdən olan tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incənətlə bağlı gəncləri maarifləndirmək, plastik və kağız tullantılardan yararlı istifadə etmənin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.

Layihənin ilk günündə “Plastik və kağız tullantıların təbiətə vurduğu fəsadlar və bu fəsadların törədilməsində insan amili” və “Ekoloji incəsənətin ekoloji problemlərin həllində rolu və dünya təcrübəsində istifadə olunan ekoloji incəsənət metodları” mövzularında təlimlər keçirilib.

Daha sonra iştirakçılar arasında ekoloji mözvuda oyunlar keçirilib.

Növbəti gün oriqami incəsənəti mövzusunda layihə iştirakçılarına məlumat verilib. İştirakçılar komandalara bölünərək oriqamilər hazırlayıblar.

Qeyd edək ki, “EcoArt” layihəsində 4 gün ərzində iştirakçılar həm nəzəri şəkildə plastik və kağız tullantıların ekologiyaya vurduğu fəsadlarla bağlı maariflənəcək, həm də praktiki olaraq ekoloji incəsənət vasitəsilə problemin həll yolları ilə tanış olacaqlar.

CEYHUN

 





12.02.2019    çap et  çap et