525.Az

Milli Kitabxanada yeni sərgilər


 

Milli Kitabxanada yeni sərgilər<b style="color:red"></b>

Fevralın 10-da Milli Kitabxanada AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudovun 80 illik yubileyi ilə əlaqədar geniş kitab sərgisi açılıb.

"Akademik Yaqub Mahmudov" adlı sərgidə görkəmli alimin əsərləri, redaktoru olduğu, ön söz yazdığı, rəyçisi olduğu, elmi məslətəhçiliyi, həmmüəllifliyi ilə çap olunan, həmçinin, haqqında nəşr edilmiş, müxtəlif dillərdə 300-dən çox ədəbiyyat nümayiş etdirilib.

Milli Kitabxanada digər bir sərgi isə AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərlinin anadan olmasının 90 illiyinə həsr edilib.
 
Sərgidə müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi kimi tanınan akademikin Azərbaycan və rus dilində kitabları, ön söz yazdığı, redaktoru olduğu, haqqında hazırlanmış nəşrlər yer alıb.

 





12.02.2019    çap et  çap et