525.Az

Ermənistanda daha bir hərbçi öldü


 

Ermənistanda daha bir hərbçi öldü<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birində hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan deyib.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.

Təfərrüatlar açıqlanmır.

 





12.02.2019    çap et  çap et