525.Az

"Xaricdə oturan bir qrup qüvvə böhtan kampaniyası ilə əhalini çaşdırmağa çalışır"


 

"Xaricdə oturan bir qrup qüvvə böhtan kampaniyası ilə əhalini çaşdırmağa çalışır"<b style="color:red"></b>

Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayiqdir. Bu addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin yaradılması və digərlərinə xidmət edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O təəssüflə qeyd edib ki, Azərbaycan əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışaraq görülən müsbət işlərə hər vəchlə qara yaxmağa cəhd göstərirlər:

"Azərbaycan Prezidenti şəhid ailələrinə birdəfəlik maddi yardım ayırarkən də növbəti dəfə oxşar halın şahidi olduq. Dövlət başçısının tapşırığı ilə bu məsələ araşdırıldı və mühüm addımlar atıldı. Minimum əmək haqqı ilə bağlı da uzun müddətdir ki proseslər gedirdi. Bütün ölkələrin təcrübəsi öyrənildikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Xaricdə oturan bir qrup qüvvə isə bu gün şər, böhtan kampaniyası apararaq əhalini çaşdırmağa, vətəndaşların xeyrinə görülən bu işləri gözdən salmağa çalışır”.

S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirlərində, seçicilərlə görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar:

“Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması üçün mühüm tapşırıqlar verir. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə də gənclərin sosial təminatı, onların irəli çəkilməsi məsələlərinə önəm verilir. Hər birimiz bu məsələləri lazımi səviyyədə ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu addımların, görülən işlərin dövlətin strategiyası olduğunu başa salmalıyıq”.

 





12.02.2019    çap et  çap et