525.Az

Hamilə qadın xəstəxanada öldü


 

Hamilə qadın xəstəxanada öldü<b style="color:red"></b>

Azərbaycanda hamilə qadın dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Göyçay şəhərində baş verib. 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva xəstəxanada ölüb.

Səhiyyə Nazirliyindən bildiriblər ki, qadın qanaxma ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən, qadının ölümünə də elə qanaxma səbəb olub.

Hazırda hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırma aparılır.

Nazilikdən onu da deyiblər ki, N.Əliyeva bu günə qədər 4 hamiləlikdən 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.

 





13.02.2019    çap et  çap et