525.Az

QUŞun, DONUZun, İNSANın qripi... - Ruslan Dost Əli Qazaxıstandan yazır


 

QUŞun, DONUZun, İNSANın qripi... - <b style="color:red">Ruslan Dost Əli Qazaxıstandan yazır </b>

Çinli alimlər 5G texnologiyalı cihazı icad eləyiblər. Bu cihaz vasitəsilə 2020-ci ildə həkim istənilən şəhərdə oturub başqa bir şəhərdə olan xəstəni uzaqdan əməliyyat eləyə biləcək.

Texnologiya baxımından nəhəngliyini təsəvvür eləyəndə belə adamı vahiməyə salan bu ölkənin "quş qrip"nin əlində aciz qalması, vəziyyəti nəzarətdə saxlaya bilməməsi, bu bəladan nicat yolu tapmaması, məncə, faciəvidi. İki milyardlıq əhalinin yaşadığı ölkədə kütləvi insan qırğınına səbəb olacaq virus haqqında proqnozlar isə ayıq analitiklərin dodağını qaçırır. Qrip epidemiyası bu günlər, həm də insanlığa qarşı yeni böyük terorrun anonsu kimi görünür...

Bugünə qədər milyonlarla insanın ölümünə səbəb olan, orduları qıran, imperatorluqları çökdürən və sərhədləri yenidən çəkən yoluxucu xəstəliklər iqtisadi, siyasi və demoqrafik nəticələrilə dünya xəritəsinin yenidən çəkilməsində mühüm rol oynayıb və bu oyun hələ də davam edir. Oyun dedim, çünki onilliklərlə çarəsi tapılmayan xəstəliklərin müalicəsini tapmış mütəxəssislər, elmli-texnoloji biliklərlə robot kəşf edən alimlər bugün cüzamın, vəbanın, qripin qarşısında acizdirlər. Dünya robot jurnalist, robot müəllim kəşf etmə mərhələsindədi. Çinin 5G kəşfindən sonra yaxın gələcəkdə robot həkimin də yaradılacağına yəqin heç kim şübhə eləmir. Amma müxtəlif coğrafiyalarda yüzminlərlə insan ölümünə səbəb olan müxtəlif heyvan adlarıyla olan qriplər hamının canına üşütmə salıb, dünya tibbinə hədə-qorxu gəlir. Məncə, bu, təkcə xəstəlik deyil...

Uzaq keçmişdə vəba epidemiyası birinci mərhələdə 25 milyon, ikinci mərhələdə 50 milyon insanın ölümünə yol açdı. Bizans və Sasani imperatorluqlarına və Ağ dəniz ətrafında yerləşən liman şəhərlərinə öz təsirini göstərdi. Avropada əhali üzərində bir sıra problemlərin yaranmasına səbəb oldu və bölgənin sosial təməllərini dəyişdi. Müharibələrdən daha çox insan təlafatına şərait yaradan belə xəstəliklərin sadəcə bir epidemiya olduğuna və heç bir siyasi tərəfinin olmadığına inananlar ağıl qıtlığından əziyyət çəkənlərdi.

İndi bir sıra ölkələrin bakterioloji silahların istehsalını düşünməsi nə qədər ətürpədici olsa da, belə silahların ilk dəfə istifadə olunması çox qədimlərə dayanır. Təxminən 1500-cü illərdə hititlər yoluxucu xəstəlikərin təsir gücünü anladılar və düşmən torpaqlarına Vəba mikrobu göndərdilər. XX əsrin birinci yarısında isə bakterioloji silahlar almanlar və yaponlar tərəfindən istifadə olundu. Birinci dünya müharibəsində də təxminən yüz min insanın kimyəvi maddələrlə öldürüldüyü bildirilir. İngiltərə ilə Fransa arasında gedən "Yeddi il" müharibəsində də ingilislər tərəfindən çiçək virusunun istifadə edildiyini qeyd etmək olar. Sovet İttifaqı zamanında Sverdlovsk bölgəsində hərbi bazada çalışan Sovet tankçıları kritik hava filtirlərini işə salmağa çətinlik çəkir və şarbon xəstəliyini yayan bir qram virusu havaya buraxırlar. Nəticədə 68 nəfər ölür və 100 hektarlık ərazi təhlükəli zona olaraq "məşhurlaşmağa" başlayır. Təkcə bu hadisə kimyəvi silahların nə qədər təhlükəli olduğunu açıqca göstərir. Cəmi bir qıram virusun nəyə qadir olduğunu anlayanda necə qorxunc bir dünyada yaşadığının fərqinə varır insan və bu dünyadan baş götürüb qaçmaq istəyir.

Daha bir kimyasal maddə ABŞ ordusu tərəfindən 1967-ci ildə Vyetnam müharibəsində insanlara qarşı istifadə olundu. Bu maddə insan vücudunda rahatlıqla 10 il müddətinə qala bilir. Müharibədən əlli il keçməsinə baxmayaraq, həmin bölgədə hələ insanlar bu maddənin səbəb olduğu xəstəliklərlə mübarizə aparırlar. Vyetnamda bir çox xəstələrin, xüsusilə uşaq ölümlərinin səbəbi kimi hələ də ABŞ-ın istifadə etdiyi kimyəvi maddə göstərilir.

Son günlər yenə ölkəmizdə "quş qripi" mövzusu aktuladı və qripdən artıq bir neçə nəfərin öldüyü də deyilir. Virusun yayılma səbəbi kimi də köçəri quşların payız miqrasiyasi göstərilir və müxtəlif yerlərdə monitorinqlər aparılır. Müvafiq qurumlar müxtəlif tədbirlər həyata keçirir. Ölkədə kütləvi qripə tutulma halları baş verir və bu xəstəliyə heç bir təbii vasitə kömək eləmir. Üstəlik, istifadə etdiyimiz dərmanların da heç bir təsiri yoxdur. Bu mənzərəni ölkə boyu müşahidə eləmək mümkündür. Bəs səbəb nədir? Niyə sağala bilmirik? Çünki bu, soyuq su içdiyimizə görə və ya soyuq havada gəzdiyimizə görə orqanizmimizdə yaranan təbii xəstəlik deyil. Ümumiyyətlə, bu, xəstəlik deyil. Doğurdan da bu, quş qripidirsə, onda quşlar bu qripə harda və necə yoluxurlar? Niyə insanlardan quşlara heç bir xəstəlik keçmədiyi halda, quşlardan insanlara səbəbi və mənşəyi bilnməyən xəstəliklər yoluxur? Məncə, məsələnin kökünü başqa yerdə axtarmaq lazımdı...

İndi dövrün, insanların, gördüyümüz hər şeyin forması və məzmunu dəyişdiyi kimi, siyasət də öz forma və məzmununu dəyişərək çox iyrənc bir hal alıb. Elə bu xəstəlikləri də siyasətin bir forması kimi qiymətləndirmək olar... Təəccüblənməyin, belə xəstəlikləri iynə-dərmanla müalicə eləmirlər...

Tiflisdə xəstəlik və dərman araşdırmaları aparan bir laboratoriya var. Ötən il Gürcüstanın sabiq Milli Təhlükəsizlik Naziri İqor Qiorqadze iddia edirdi ki, bu laboratoriya ABŞ tərəfindən inşa olunub və əslində, orada bakterioloji silahlar test edilir və bu təcrübədə gəmiricilər yox, məhz insanlar istifadə olunur. İ.Qiorqadze bu laboratoriyada onlarla insanın öldüyünü və bu ölümlərin gizli saxlandığını da qeyd elədi. Keçmiş nazir sübut olaraq Rusiya kanallarından birində yüzlərlə müxtəlif sənədlər göstərdi. Tarixə kiçik ekskursiya edəndə ABŞ-ın bakteroloji silahların istehsalında və istifadəsində kifayət qədər təcrübəli olduğunu görmək olur. Çox maraqlıdır ki, nə Dünya Səhiyyə Təşkilatı, nə də dünya ictimaiyyəti, hələ də bu məsələyə heç bir reaksiya verməyib.

Qarabağ müharibəsində erməni tərəfinin kimyəvi silah tətbiq etdiyinə dair bir sıra faktlar da var. Ermənistan hakimiyyəti kimyəvi silah proqramlarını tamamilə məxfiləşdirib və bu barədə heç bir məlumat yoxdur. Bugün də Ermənistanın iqtisadi vəziyyəti müasir silahlar əldə etməyə imkan vermir və Ermənistanın ABŞ və NATO-nun Yaxın Şərqdə bakterioloji silah üzərində nəzarəti əldə etmək cəhdindən istifadə etməsi ağlabatandır. Ermənistanda da gizli bir laboratoriyanın olduğuna şübhə eləmirəm. Düşünürəm ki, bu, çox ciddi araşdırma tələb edən vacib məsələdi və bu məsələ ilə yalnız səhiyyə işçilərimiz yox, həm də siyasətçilərimiz məşğul olmalıdırlar...

Texnologiyanın inkişaf sürətinə çata bilmədiyimiz bir dövrdə yaşayırıq. Dünyanı qaranlığa bürüyən müharibələrin arxada qaldığını düşünürük. Qılıncın, qalxanın müxtəlif tipli silahlarla, bombalarla əvəzləndiyini görəndə heç ağlımıza da gəlməzdi ki, bir gün bu silahlar da, bombalar da öz təsir gücünü itirəcək və daha təhlükəli kimyəvi, bakterioloji silahlar icad olunacaq. İndi təhlükənin haradan və necə gələcəyini proqnozlaşdırmaq çətindir. Əvvəllər insanlara həyati təhlükə yarada bilmək üçün onun qarşısında və ya bir neçə addımlığında olmaq lazım idisə, indi bu təmasa artıq heç bir ehtiyac yoxdur. Onilliklər keçəcək və dünya dəyişəcək. Kimin kiminlə düşmən olduğunu, kimin kiminlə müharibə etdiyini bilmədiyimiz vahiməli dövrə qədəm qoyacağıq. Onda insanlıq adına üzülmək də çox gec olacaq.

Bəlkə də zaman gələcək, çinli alimlər ölümün də bir çarəsini tapacaqlar. Ancaq çətin ki, belə çirkli dünyada hamı əbədiyyən yaşamaq istəsin...

Martin Luterin yaxşı bir sözü var. Quş kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı...

 





13.02.2019    çap et  çap et