525.Az

TQDK: Seçim bu gün başa çatır


 

TQDK: Seçim bu gün başa çatır<b style="color:red"></b> Orta ixtisas təhsili müəssisələrinin (9 illik) boş qalan plan yerlərinə qəbul bu gün başa çatır.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. TQDK)  orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün sentyabrın 9-dan ixtisas seçimi elan edib. İxtisas seçimi sentyabrın 9-dan internet vasitəsi ilə aparılır.

Müsabiqədə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər.
 





12.09.2013    çap et  çap et