525.Az

Xaricdəki nümayəndəliklərimiz seçkilərə hazırdır


 

Xaricdəki nümayəndəliklərimiz seçkilərə hazırdır<b style="color:red"></b> Sentyabrın 11-də xarici işlər nazirinin müavini Nadir Hüseynov MDB Müşahidə Missiyasının üzvləri qismində MDB İcraiyyə Komitəsinin sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının Fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Slobada ilə görüş keçirib.

525.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında nazir müavini Nadir Hüseynov xaricdə yaşayan Azərbaycan vətəndaşlarının 9 oktyabr keçiriləcək Prezident seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılıb.
 
Müşahidə missiyasının üzvü V. Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. V. Qarkun missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.
 





12.09.2013    çap et  çap et