Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü görüşü başa çatıb. APA-nın xəbərinə görə, keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı təməl məsələlərin tezliklə razılaşdırılmasının və Xəzəryanı ölkələrin 3-cü sammitinin protokol qərarının icrasının əhəmiyyətini vurğulayıb. O, Bakı görüşünü uğurlu adlandıraraq hələlik bir sıra məsələlərin razılıq tələb etdiyini də söyləyib: “Bir sıra məsələlər var ki, onlar üzərində işləmək lazımdır, müəyyən fikir ayrılıqları hələ qalır”.