525.Az

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı


 

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırıldı <b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata artırılıb.

Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

 





14.02.2019    çap et  çap et