525.Az

Sağlamlığa təhlükəli olan qidalar bazardan geri çağırılacaq


 

Sağlamlığa təhlükəli olan qidalar bazardan geri çağırılacaq<b style="color:red"></b>

Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:

“Azərbaycan üçün bu, yəqin ki, yenilik olacaq. Əsas mexanizm ondan ibarətdir ki, agentlik və ya istehsalçılar özləri məhsulun tələb uyğunsuzluğunu aşkar etsə, o zaman onlar həmin məhsulları geri çağırmalıdırlar”.

 





15.02.2019    çap et  çap et