525.Az

“Versace” Qarabağda müəssisə açacağı haqda məlumatları təkzib etdi


 

“Versace” Qarabağda müəssisə açacağı haqda məlumatları təkzib etdi<b style="color:red"></b> “Versace” şirkətinin Dağlıq Qarabağda parça istehsal edəcək fabrikin açılması ilə hər hansı əlaqəsinin olması haqda informasiyalar həqiqətə uyğun deyil.

Bunu APA-ya İtaliyanın məşhur “Gianni Versace” şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin mütəxəssisi Ornelia Medaglia deyib. O bildirib ki, “Versace” bölgədə geyim, yaxud, aksessuar istehsal etmir və belə bir planı da yoxdur.

Xatırladaq ki, Ermənistan mediası “Versace”nin işğal olunmuş Dağlıq Qarabağda parça istehsal edəcəyi ilə bağlı xəbər yayıb.
 





12.09.2013    çap et  çap et