525.Az

Çin və ABŞ arasında ticarət mübahisəsinin həlli ilə bağlı növbəti görüş


 

Çin və ABŞ arasında ticarət mübahisəsinin həlli ilə bağlı növbəti görüş<b style="color:red"></b>

Çin və Amerika Birləşmiş Ştatlarının nümayəndələri arasında ticarət məsələlərinə dair ikigünlük məsləhətləşmələrin növbəti raundu yekunlaşıb.

Trend-in məlumatına görə, məsləhətləşmələr Pekində fevralın 14-15-də keçirilib.

Məlumata görə, görüşdə iki ölkə arasında ticarət məsələlər ilə bağlı fikir ayrılıqları müzakirə olunub.

İki ölkə arasında ticarət mübahisəsinin həlli üçün müəyyən edilmiş müddətin uzadılması gözlənilir. Qeyd edək ki, bu müddət martın 1-də bitməli idi.

 





15.02.2019    çap et  çap et