525.Az

Keti Perri və Orlando Blum nişanlandılar


 

Keti Perri və Orlando Blum nişanlandılar<b style="color:red"></b>

Britaniyalı aktyor Orlando Blum və amerikalı müğənni Keti Perri nişanlanıb.

Trend-in məlumatına görə, Sevgililər günündən dərhal sonra Blum birgə fotonu İnstagram sosial şəbəkəsində paylaşaraq “Ömür boyu”, - deyə qeyd edib.

Cütlük 2016-cı ildə tanış olub. Bir müddət cütlük ayrılsa da, sonradan yenidən bir araya gəlib.

Xatırladaq ki, həm Perri, həm də Blum daha əvvəl ailə həyatı qurub.

 





16.02.2019    çap et  çap et