525.Az

Yaqub Mahmudov: “Əmək” ordeni ilə təltif olunmağım antiazərbaycan qüvvələrinə cavabdır”


 

Yaqub Mahmudov: “Əmək” ordeni ilə təltif olunmağım antiazərbaycan qüvvələrinə cavabdır”<b style="color:red"></b>

”Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyim yalnız mənə yox, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir”.

Bunu Tarix institutunun direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında çıxışı zamanı deyib.

Y.Mahmudov bildirib: “Bu gün Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Prezident tərəfindən təltif olunmağım daxildəki və xaricdəki antiazərbaycan qüvvələrinə cavabdır”.

İnstitutun Elmi Şurası da təltifə görə prezidentə təşəkkür edib.

Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə, Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Tarix İnstitutu bu günlərdə Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək.

Elmi Şuranın iclasında tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitablarının təqdimatı olub.  N.Məmmədovun kitabının elmi məsləhətçisi Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur.

Kitabda Y.Mahmudovun elmi yaradıcılığındakı Qarabağ mövzusu yığcam olaraq təhlil olunur. “Azərbaycan naminə” toplusu Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Topluda Y.Mahmudovun L.Şamxala verdiyi müsahibələr, institutla bağlı xəbərlər və s. yer alıb.

C.ABASOV

 





17.02.2019    çap et  çap et