525.Az

“Region Gənclərinin I Sahibkarlıq Forumu”


 

“Region Gənclərinin I Sahibkarlıq Forumu” <b style="color:red"></b>

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçirilir.

Forumun açılış məraimi və peşəkarların iştirakı ilə panellər Gəncə şəhər Heydər Əliyev mərkəzində baş tutub.

Açılış nitqi ilə çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihə haqqında geniş məlumat verib: “Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhs gənclər arasında sahibkarlığın inkişafına həsr olunub. ”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq.Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətidir. İcra edəcəyimiz layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub.

Gəncə şəhər İcra Hakimiyyəti – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-Həsən Məmmədov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İRƏLİ İctimai Birliyinin sədri  Mirhəsən Seyidov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva , AzTEKSTİL MMC-nin təsisçi rəhbəri, uğurlu iş xanımı Pərvanə İsgəndərova, Yatırımcı ve Sanayici İşadamları Derneğinin İdarə Heyyətinin üzvü Sosyal Sorumluluk Proje Başkanı, Alfa Grup Eğitim Kurumları Qurucusu Tuğba Koç Erciyas, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, SAT Qrup Şirkətinin təsisçi və rəhbəri, Azad Qəhrəmanov, Azərbaycan Dövlət Aqrar Univeristetinin prorektoru Anar Hətəmov, Peşəkar İdarəçi Fəxri Ağayev çıxış ediblər.

Tədbir  panel müzakirələri ilə davam edib.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub. 1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir. Layihənin əsas məqsədi region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

 





18.02.2019    çap et  çap et