525.Az

"Cəlilabadda çayın daşması nəticəsində 3 evin həyətinə su dolub"


 

"Cəlilabadda çayın daşması nəticəsində 3 evin həyətinə su dolub"<b style="color:red"></b>

Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində baş vermiş çay daşqınının qarşısı alınıb.

Bu barədə Trend-ə Cəlilabad rayon İcra hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mənsur Məmmədov deyib.

Komissiya sədri bildirib ki, hadisə yerinə dərhal texnika və canlı qüvvə cəlb edilib və problem aradan qaldırılıb:

"Ciddi daşqın olmamışdı. Hadisə nəticəsində Sabirabad kəndində 3 evin həyətinə və kənd qəbiristanlığının bir hissəsinə su daxil dolmuşdu. Çayın bəndləri düzəldildi və problem aradan qaldırıldı. Hazırda ərazidə vəziyyət normaldır, heç bir problem yoxdur".

Qeyd edək ki, fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndinin yaxınlığından keçən Qarayar çayı məcrasından çıxıb.

 





18.02.2019    çap et  çap et