525.Az

İlin sonunadək bütün ixracatçı şirkətlərin "Yaşıl dəhliz"ə qoşulması planlaşdırılır


 

İlin sonunadək bütün ixracatçı şirkətlərin "Yaşıl dəhliz"ə qoşulması planlaşdırılır<b style="color:red"></b>

2019-cu il fevralın 1-dən Azərbaycanda “Yaşıl dəhliz” sisteminə yüzdən çox şirkət qoşulub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

O bildirib ki, ilin sonunadək bu sistemə bütün ixracatçı şirkətlər və 40 faiz idxalatçı şirkətlər qatılmalıdır.

S.Mehdiyev “Yaşıl dəhliz”in tətbiq olunmasını Azərbaycanda biznesin inkişafı üçün qəbul edilmiş ən vacib tədbirlərdən biri və dövlətin sahibkarlığa qayğısının bariz nümunəsi adlandırıb.

 





18.02.2019    çap et  çap et