525.Az

Qar yağacaq


 

Qar yağacaq <b style="color:red"></b>

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3° isti olacaq, gecəyə doğru 0°-yə yaxınlaşacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Rayonlarda arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntının bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və hava şəraitinin yağıntılı olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Əsasən şimal və şərq rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

 





18.02.2019    çap et  çap et