525.Az

Türkiyədə çətənə yetişdiriləcək


 

Türkiyədə çətənə yetişdiriləcək <b style="color:red"></b>

Türkiyədə çətənə yetişdiriləcək.

Trend-in məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, çətənənin yetişdirilməsi dövlətin ciddi nəzarəti altında davam edəcək:

“Bizim məqsədimiz tərkibində narkotik maddələrin olmadığı texniki sortların yetişdirilməsidir”.

Nazir əlavə edib ki, çətənənin texniki sortları kənd təsərrüfatı, səhiyyə, tekstil sənayesi, tullantıların təkrar emalı və digər sahələrdə istifadə olunacaq.

O qeyd edib ki, ilkin olaraq çətənə ölkənin 19 vilayətində əkiləcək.

 





18.02.2019    çap et  çap et