525.Az

Suriyada türkiyəli əsgər həlak oldu


 

Suriyada türkiyəli əsgər həlak oldu <b style="color:red"></b>

Suriyanın şimalında Afrində türkiyəli hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı xəbər yayıb.

Məlumata görə, türkiyəli hərbçi Türkiyə Hərbi Qüvvələrinin bu rayonda apardığı xüsusi əməliyat zamanı həlak olub.

Qeyd edək ki, ötən ilin yanvarında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.
Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilib.

 





18.02.2019    çap et  çap et