525.Az

Binəli Yıldırım istefa verdi


 

Binəli Yıldırım istefa verdi <b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin (parlamentinin) sədri Binəli Yıldırım istefaya getdiyini bəyan edib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

B.Yıldırım deyib: "Bu gün mən Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini tərk edirəm. Bu mərasimdən sonra görəcəyim ilk iş - Böyük Millət Məclisinə istefa ərizəsini təqdim edəcəm".

Onun sözlərinə görə, yeni sədr seçkiləri fevralın 19-u saat saat 09:00-da keçiriləcək.

Qeyd edilir ki, yeni sədr seçilən müddətə qədər sədr vəzifəsini parlamentin deputatı Cəlal Adnan icra edəcək.

 





19.02.2019    çap et  çap et