525.Az

Bazar günü Türkiyədə yeni parlament sədri seçiləcək


 

Bazar günü Türkiyədə yeni parlament sədri seçiləcək<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.

Trend-in məlumatına görə, yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.

Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.

B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edəcək.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

 





19.02.2019    çap et  çap et